Bakıdakı boks üzrə beynəlxalq turnirdə 11 ölkə mübarizə aparacaq

Bakıda yeniyetmələr arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan boks üzrə beynəlxalq turnir keçiriləcək. Arena.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, turnirə martın 28-də start veriləcək.

Bakıdakı Boks Mərkəzində baş tutacaq yarış 5 gün davam edəcək. Turnirdə Azərbaycan yığması ilə yanaşı, Rusiya, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Tacikistan, Qırğızıstan, Bosniya və Herseqovina, Belarus, İsrail və Moldova boksçuları mübarizə aparacaqlar. Komandamızın baş məşqçisi Vaqif Kazımov yarışda 40 idmançını sınaqdan keçirəcək. Turnirdə mükafatlar uğrunda ümumilikdə 100-dən artıq boksçu gücünü yoxlayacaq.

Döyüşlər saat 16:00-da başlanacaq. Yarışın ilk günü, saat 18:00-da rəsmi açılış mərasimi keçiriləcək. Martın 28-də saat 10:30-da isə federasiya nümayəndələri, hakimlər və xarici qonaqlar Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcəklər.

Beynəlxalq turnirin baş hakimi Emil Qurbanəliyev olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: