İspaniya La Liqasının 31-ci turunun “Leqanes”lə səfər oyunu “Barselona”nın ispaniyalı sol cinah müdafiəçisi Aleks Balde üçün düşərli olmayıb.
Arena.az “Barselona”nın rəsmi sayıtna istinadən məlumat verir ki, Balde “blauqrana”nın 1:0 hesablı qələbə qazandığı bu oyunda zədə alıb.
“Bu gün səhər aparılmış müayinə, Aleks Baldenin sol budunun ikibaşlı əzələsinin distal şöbəsinni zədəsini müəyyənləşdirib. Onun qayıdışı, onun bərpasının necə keçəcəyindən asılı olacaq”, – “Barselona”nın rəsmi bəyanatında deyilir.
Aleks Baldenin futbolda erkən yeniyetməlik dövrü “Sant-Qabriel” və “Espanyol” klublarında keçib. Buradan Aleks “Barselona”ya yol tapıb və 2020-ci ildə kataloniyalıların “B” komandasında, 2021-ci ildə isə əsas komandasında debüt edib.
Baldenin “Barselona” ilə müqaviəlsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Müqavilədəki təzminat qiyməti isə 1 milyard avro məbləğindədir.
Cari mövsümdə Balde “Barselona”nın heyətində bütün yarışlarda 43 oyuna çıxıb, 1 qol vurub, 10 məhsuldar ötürmə verib.
Baldenin “Barselona”nın heyətində çıxışının ümumi mənzərəsi isə 132 oyun, 3 qol, 18 məhsuldar ötürmədən ibarətdir.
Gənc futbolçunun qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2023/2023) və İspaniya Super Kuboku (2023/2023, 2024/2025) var.
Alexandro Balde 2022-ci ilin noyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 7 oyuna çıxıb 1 məhsuldar ötürmə verib. Bununla yanaşı, Baldenin İspaniyanın U-16, U-17, U-18, U-19, U-21 yığmalarında oyun təcrübəsi var. Balde U-17 yığmasının heyətində 2020-ci il Alqarve Beynəlxalq Turnirinin qalibi olub.
Vurğlayaq ki, Alexandro Balde müasir futbolun ən perspektoivli gənc oyunçularından hesab edilir.
İspaniya vətəndaşılığına sahib Alexandro “Aleks” Baldenin atası bisau-qvineyalı, anası isə dominikanlıdır.
“Transfermarkt” internet-portalı 21 yaşlı ispaniyalı sol cinah müdafiəçisinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.


