İspaniya La Liqasının 33-cü turunun “Malyorka” ilə ev oyununda “Barselona” son 21 ildə klubun statistiki antirekorduna imza atıb.
Arena.az məlumat verir ki, “blauqrana” 1:0 hesablı qələbə qazandığı bu oyunun birinci hissəsində rəqib qapısına 24 zərbə endirsə də, uğura müvəffəq ola bilməyib.
Bu, La Liqanın 2003/2004-cü illər mövsümündən bəri “Barsa”nın rəqib qapılarına ən çox zərbə endirdiyi və qol vura bilmədiyi birinci hissədir. Müvafiq göstərici statistik antireokrd olaraq qeydə alınıb.
Kataloniya nəhənginin yeganə qolunu isə oyunun 46-cı dəqiqəsində “blauqrana”nın 26 yaşlı ispan hücumameyilli yarımmüdafiəçisi Daniel Olmo rəqib qapısından keçirib.
33 oyundan 76 xal toplamış “Barselona” İspaniya La Liqasının yarış cədvəlinə başçılıq edir. “Malyorka” isə 44 xalla şərti olaraq 7-ci pillədədir.


