Basketbol Liqası: NTD yarımfinalda ümumi hesabı bərabərləşdirdi

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) “Gəncə” və NTD komandaları arasında pley-off mərhələsinin növbəti yarımfinal oyunu keçirilib. Arena.az xəbər verir ki, bu komandaların ikinci yarımfinal görüşü Gəncədə baş tutub.

Oyunun ilk dəqiqələrindən üstünlüyü ələ keçirən paytaxt klubu Gəncədən qələbə ilə qayıdıb – 105:76.

Qalib komandanın ən məhsuldar basketbolçusu Londel Kinq olub – 27 xal, 13 ribaund. “Gəncə”nin heyətində isə Amil Həmzəyev fərqlənib – 19 xal, 4 ribaund.

Xatırladaq ki, bu iki komandanın mayın 6-da “Sərhədçi” İdman Mərkəzində baş tutan ilk görüşündə də “Gəncə” basketbolçuları 101:73 hesablı qələbəyə sevinmişdilər. Bu üzdən də yarımfinal seriyasında ümumi hesab bərabərləşib.

Azərbaycan Basketbol Liqasında yarımfinal seriyasının digər oyunlarında “AAAF Xırdalan” üzərində iki qələbəyə sevinən “Sabah” artıq finala yüksəlib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: