Basketbol Liqası: “Sərhədçi” Gəncədən məğlub qayıtdı

Bu gün Gəncə Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının 21-ci turunun daha bir oyunu baş tutub. Arena.az xəbər verir ki, turun üçüncü oyununda “Gəncə” doğma azarkeşlərinin gözü önündə “Sərhədçi” basketbolçuları üz-üzə gəlib.

Qarşılaşma meydan sahiblərinin 86:77 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandanın heyətində ən məhsuldar basketbolçu Kollin Törner (24 xal, 6 ribaund) olub. “Sərhədçi”dən isə Maykl Diqqins (32 xal, 13 ribaund) ön plana çıxıb.

21-ci tura martın 12-də Şəkidə keçiriləcək “Olimpik Şəki” – “Sabah” oyunu ilə yekun vurulacaq. Daha öncə baş tutan iki oyunda NTD “Neftçi”yə 109:80 hesabıyla qalib gəlib. “AAAF Xırdalan” isə “Zirvə Astara”nı 90:85 hesabıyla üstələyib.

Hazırda Azərbaycan Basketbol Liqasında turnir cədvəlindəki vəziyyət belədir:

  1. NTD (21 oyun, 15 qələbə, 6 məğlubiyyət) – 36 xal
  2. AAAF Xırdalan (21 oyun, 14 qələbə, 7 məğlubiyyət) – 35 xal
  3. Sabah (20 oyun, 14 qələbə, 6 məğlubiyyət) – 34 xal
  4. Sərhədçi (21 oyun, 13 qələbə, 8 məğlubiyyət) – 34 xal
  5. Gəncə (20 oyun, 13 qələbə, 7 məğlubiyyət) – 33 xal
  6. Neftçi İK (21 oyun, 7 qələbə, 14 məğlubiyyət) – 28 xal
  7. Zirvə Astara (20 oyun, 4 qələbə, 16 məğlubiyyət) – 25 xal
  8. Olimpik Şəki (20 oyun, 2 qələbə, 18 məğlubiyyət) – 22 xal
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: