Basketbol Liqası: “Sabah”la “Sərhədçi”dən qələbə!

Bu gün “Sərhədçi” İdman Mərkəzində keçirilən iki qarşılaşma ilə Azərbaycan Basketbol Liqasının 24-cü turuna start verilib.

Arena.az xəbər verir ki, turun açılış oyununda “Sərhədçi” və “Olimpik” (Şəki) komandaları üz-üzə gəliblər. “Sərhədçi” basketbolçuları bu oyunda 94:91 hesablı çətin qələbəyə seviniblər.

Qalib komandanın heyətində ən məhsuldar basketbolçu Maksvel Starvud olub – 35 xal, 7 ribaund. Şəki təmsilçisində isə Davante Kuper ön plana çıxıb – 29 xal, 5 ribaund.

Günün ikinci oyunu “Neftçi” və “Sabah” basketbolçuları arasında keçirilib. Bu görüşdə “Sabah” komandası 80:68 hesablı qələbəyə sevinib.

“Neftçi”nin heyətində ən məhsuldar basketbolçu Mohsen Moradxani olub – 23 xal, 16 ribaund. “Sabah”ın heyətində isə Kamran Məmmədov özündən söz etdirib – 19 xal, 7 ribaund.

Turun qalan oyunları sabah – aprelin 5-də keçiriləcək. “Zirvə” (Astara) NTD ilə, “AAAF Xırdalan” isə “Gəncə”ylə üz-üzə gələcək.

Hazırda Azərbaycan Basketbol Liqasında turnir cədvəlindəki vəziyyət belədir:

1. Sabah (24 oyun, 17 qələbə, 7 məğlubiyyət) – 41 xal

2. NTD (23 oyun, 17 qələbə, 6 məğlubiyyət) – 40 xal

3. AAAF Xırdalan (23 oyun, 16 qələbə, 7 məğlubiyyət) – 39 xal

4. Gəncə (23 oyun, 16 qələbə, 7 məğlubiyyət) – 39 xal

5. Sərhədçi (24 oyun, 14 qələbə, 10 məğlubiyyət) – 38 xal

6. Neftçi İK (24 oyun, 8 qələbə, 16 məğlubiyyət) – 32 xal

7. Zirvə (23 oyun, 4 qələbə, 19 məğlubiyyət) – 28 xal

8. Olimpik (24 oyun, 2 qələbə, 22 məğlubiyyət) – 26 xal

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: