Bastoni barədə şok ittiham

İtaliya millisinin və “İnter”in müdafiəçisi Alessandro Bastoni barədə yetkinlik yaşına çatmayan şəxslə əlaqədə olması iddiası ilə istintaq başladılıb.

Arena.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

Məlumata görə, 27 yaşlı futbolçu istintaqın başladığı barədə rəsmi bildiriş alıb və iyulun 3-də dindirilmək üçün ifadə verməyə çağırılıb.

İddia olunan hadisənin 2020-ci ilin iyun ayında baş verdiyi bildirilir. Bastoni isə ona qarşı irəli sürülən ittihamları qəbul etmir və özünü təqsirli hesab etmir.

Hazırda məsələ ilə bağlı istintaq davam edir və futbolçuya qarşı hər hansı məhkəmə qərarı çıxarılmayıb.

Qeyd edək ki, Alessandro Bastoni 2017-ci ildən “İnter”in formasını geyinir. O, Milan klubu ilə 3 dəfə İtaliya çempionu və İtaliya Kubokunun qalibi olub, 2 dəfə UEFA Çempionlar Liqasının finalında iştirak edib. Müdafiəçi İtaliya millisinin heyətində isə 2021-ci ildə Avropa çempionu olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: