“Bayer” “Qarabağ” azarkeşləri üçün bu qədər bilet ayırdı

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində “Bayer”ə qarşı keçirəcəyi səfər oyunu ərəfəsində azarkeşlərə müraciət edib.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisi Leverkuzendə baş tutacaq qarşılaşma üçün qonaq komandaya 1200 ədəd bilet ayrıldığını açıqlayıb.

Azərbaycan çempionunu “BayArena”da dəstəkləmək istəyən fanatlar oyun günü yerli vaxtla 18:00-dan etibarən stadionun SG1 və SG3 sektorlarının qarşısında satılacaq bu biletləri əldə edə bilərlər. Biletin qiyməti 15 avro təşkil edir. Ağdam klubu azarkeşlərin bilet almağa gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənəd götürməyinin vacibliyini də diqqətə çatdırıb.

Xatırladaq ki, oktyabrın 26-da Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək “Bayer” – “Qarabağ” oyununa Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. İlk iki turdan sonra hər iki komandanın hesabında 6 xal var. Bu qrupda “Molde” (Norveç) və “Hakken” (İsveç) komandaları da yer alır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: