“Benfika” – “Qarabağ” oyunu belçikalı hakimlərə tapşırıldı

Futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunun “Benfika” – “Qarabağ” oyununun hakimləri müəyyənləşib.

Arena.az xəbər verir ki, Azərbaycan və Portuqaliya klubları arasında baş tutacaq qarşılaşmanı belçikalı FIFA referisi Erik Lambrexts idarə edəcək.

Ona yan xətt hakimləri Co De Veird və Kevin Monteni yardım edəcəklər. Dördüncü hakim funksiyasını Natan Verbumen yerinə yetirəcək.

Xatrladaq ki, “Benfika” – “Qarabağ” matçı sentyabrın 16-da Portuqaliyada keçiriləcək. Da Luş stadionunda təşkil edəcək qarşılaşmaya saat 23:00-da start veriləcək.

Baş hakim: Erik Lambrexts
Baş hakimin köməkçiləri: Jo de Veirdt, Kevin Monteni
Dördüncü hakim: Natan Verbumen
VAR: Bram Van Drieşşe (Hamısı Belçika)
AVAR: Fedayi San (İsveçrə)
Da Luş stadionu. Saat 23:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: