“Beşiktaş” da Türkiyə kubokunda 1/8 finala yüksəldi

Futbol üzrə Türkiyə kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha beş qarşılaşma baş tutub.

Super Liqa təmsilçisi “Girəsunspor” doğma meydanda aşağı liqada çıxış edən “Karacabey” komandasında 5 cavabsız qolla uduzaraq mübarizəni dayandırıb. “Fatih Karagümrük” “Uşakspor”u, “Trabzonspor” isə “Samsunspor”u 3 cavabsız qolla keçib. Beş qolun qeydə alındığı “Alanyaspor” – “Eyüpspor” matçında da elita təmsilçisi sevinən tərəf olub. “Beşiktaş” isə “Şanlıurfaspor”la oyunda ilk hissəni 0:2 məğlub durumda bitirməsinə baxmayaraq, yekunda əzmkar qələbə ilə mərhələ adlayıb.

Xatırladaq ki, daha öncə “Ankaragücü”, “Ümraniyəspor”, “Sivasspor”, “Antalyaspor”, “Başakşəhər” və “Fənərbaxça” komandaları da 1/8 finala vəsiqə qazanmışdılar.

Türkiyə kubokunda 1/16 final mərhələsinə dekabrın 22-də baş tutacaq beş qarşılaşma ilə yekun vurulacaq.

Türkiyə kuboku
1/6 final
20 dekabr

Ankaragücü – Tuzlaspor 2:0
Kasımpaşa – Ümraniyəspor 1:2
Sivasspor – Erokspor 5:2
Antalyaspor – Manisa 1:0
Başakşəhər – Göztəpə 3:1
Fənərbaxça – İstanbulspor 3:1

21 dekabr

Girəsunspor – Karacabey 0:5
Fatih Karagümrük – Uşakspor 3:0
Alanyaspor – Eyüpspor 3:2
Trabzonspor – Samsunspor 3:0
Beşiktaş – Şanlıurfaspor 4:2

22 dekabr

14:00. Kayserispor – Gənclərbirliyi
16:00. Konyaspor – Bodrumspor
18:00. Qaziantep – Boluspor
20:00. Adana Dəmirspor – Rizəspor
22:00. Qalatasaray – Keçiörengücü

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: