Birinci Liqa: 6-cı turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2026/2027-ci illər mövsümünün 6-cı turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.

6-cı turun görüşləri oktyabrın 21-də və 22-də keçiriləcək. İlk oyun günündə iki, sonuncu gündə üç qarşılaşma baş tutacaq. Turun bütün görüşlərinə saat 15:00-da start veriləcək.

Birinci Liqa
6-cı tur

21 oktyabr

“Şahdağ Qusar” – “Səbail”
Binə qəsəbə stadionu, 15:00.

“Xankəndi” – “Mingəçevir”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

22 oktyabr

“Gəncəbasar” – “Zaqatala”
Gəncə şəhər stadionu, 15:00.

MOİK – “Karvan”
Binə qəsəbə stadionu, 15:00.

“Şimal” – “Baku Sportinq”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: