Belarusun paytaxtı Minsk şəhərində təşkil olunmuş 2-ci MDB Oyunlarında boks yarışlarına yekun vurulub.
Arena.az xəbər verir ki, Azərbaycan millisi turniri 10 medalla başa vurub.
Komandamızın heyətində Aynur Mikayılova (54 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Ziya Həsənov (71 kq) və Fərhad Şeydayev (75 kq) gümüş mükafata sahib olublar.
Digər boksçularımızdan Ömər Aslanlı (54 kq), Aslan Quliyev (63,5 kq), Lalə Mədətova (48 kq), Aysu İsmayılova (50 kq), Nərmin Əlizadə (52 kq) və Qızbəs İsgəndər (60 kq) isə bürünc medalla kifayətləniblər.
Boks yığmamız bu nəticə ilə komanda hesabında 5-ci yeri tutub. Azərbaycan millisi bu turnirə 16 boksçu ilə yollanmışdı.
Qeyd edək ki, Azərbaycan boksçuları Bakıya avqustun 14-də qayıdacaqlar.


