Boks yığmamız Qazaxıstana yollandı – Beynəlxalq toplanış üçün

Kişilərdən ibarət boks üzrə Azərbaycan milli komandası Qazaxıstana yola düşüb. Arena.az xəbər verir ki, baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında yığmanın 17 idmançısı Almatıda təlim-məşq toplanışına qatılacaq.

Toplanışa yığmamızla yanaşı, Qazaxıstan, Qırğızıstan və İngiltərə milliləri də qatılacaq. Ev sahibləri məşqdə 100-dən artıq boksçu təmsil olunacaqlar.

Bu gün start götürəcək hazırlıq prosesi martın 16-dək davam edəcək.

Qeyd edək ki, məşqlər dünya çempionatına hazırlıq məqsədi daşıyır.

Sonda hazırlıqda iştirak edəcək boks yığmamızın üzvlərinin siyahısını təqdim edirik:

Həsən Məlikov, Tural Sarıyev (hər ikisi 48 kq)
Məsud Yusifzadə, Nicat Hüseynov (hər ikisi 51 kq)
Ümid Rüstəmov, Əzrək Bəbirov (hər ikisi 57 kq)
Malik Həsənov, Cəlal Qurbanov (hər ikisi 63.5 kq)
Nəbi İsgəndərov, İlqar Salahov (hər ikisi 67 kq)
Rəşid Həsənov, Sərxan Əliyev (hər ikisi 71 kq)
Mirşərif Kazımzadə, Kamran Şahsuvarlı (hər ikisi 75 kq)
Murad Allahverdiyev (80 kq)
Eldar Quliyev (86 kq)
Alfonso Dominqes (92 kq)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: