“Bolonya” İtalyano ilə müqaviləsini yenilədi

İtaliyanın “Bolonya” klubu əsas komandanın baş məşqçisi, 47 yaşlı italyan mütəxəssis Vinçentso İtalyano ilə müqaviləsinin müddətini uzadıb.

Arena.az bu barədə A Seriyası təmsilçisinin mətbuat xidmətinə istinadən məlumat verir.

Yenilənmiş müqavilənin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.

“Mən, bizim əyləncəli səyhətimizi davam etdirməyə şadam, qarşıda bizim üzləşəcəyimiz çoxlu maraqlı yarışlar və məqsədlər var. İyulda görüşərik, mən əvvəllər heç vaxt olmadığı kimi dolğun olacağam”, deyə İtalyano vurğulayb.

Vinçentso İtalyano “Bolonya”nı 2024-cü ilin iyun ayından çalışdırır. Bu müddətdə italyan mütəxəssis “bərkgedənləri”i 51 oyuna çıxarıb, 22 qələbə, 17 heç-həçə, 12 məğlubiyyət yaşayıb, top fərqi isə 72:57 nisbətindədir.

İtalyanonun rəhbərliyi altında “Bolonya” 2024/2025-ci illər mövsümünün İtalya A Seriyasını 62 xalla 9-cu pillədə başa vurub. Bu komanda həm də “Milan”la final oyununda qazandığı 1:0 hesablı qələbə sayəsində İtaliya Kubokunun qalibi olub.

İtalyano daha öncə “Fiorentina”, “Spetsiya”, “Trapani” kimi komandalara da rəhbərlik edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: