“Böyük beşlik”: Superkompüter gələcək çempionları açıqladı

Avropanın böyük futbol beşliyi ölkələrində mövsümün ilk yarısının başa çatması ərəfəsində superkompüter gələcək çempionları təxmin edib.

Arena.az məlumat verir ki, “Opta” statistik-internet portalının superkompüterinin təqdim etdiyi nəticələr maraq doğurur.

İngiltərə Premyer Liqası

Cari çempion “Mançester Siti” hazırda 17 turdan 34 xalla 4-cü pillədə qərarlaşıb. Ötən mövsümün gümüş mükafatçısı “Arsenal” isə 39 xalla Premyer Liqanın lideridir. “Liverpul” və “Aston Villa” isə 38 xalla müvafiq olaraq 2-ci və 3-cü pillədə yer alıblar. “Tottenhem” 33 xalla 5-cidir.

Superkompüter isə komandaların çempionluq imkanlarında bir mənzərə təqdim edir:

“Mançester Siti” – 48,6%;
“Liverpul” – 31,4%;
“Arsenal” – 15,3%;
“Aston Villa” – 4,5%.
“Tottenhem” – 0,2%

Superkompütür digər komandaların çempionluq imkanlarını istisna edir – 0%, “Mançester Yunayted”i 8-ci, “Çelsi”ni isə 10-cu pilləyə göndərir.

İspaniya La Liqası

Hazırda “Real” 17 oyundan 42 xal, “Jirona” isə 16 turdan 41 xal toplayıb. Bu komandalar liderlik çəkişməsindədirlər. “Barselona” 17 oyundan 35 xala, “Atletiko” isə 16 oyundan 34 xala malikdir və hazırda müvafiq olaraq, 3-cü və 4-cü yerlər uğrunda mübarizə aparırlar, həmçinin çempionluğa iddialıdırlar. 17 oyundan 32 xalla “Atletik” 4-cü, “Real Sosyedad” isə 30 xalla 6-cıdır.

Superkompüter mövsümün sonunda La Liqanın çempionu kimi “Real”ı görür, cari çempion “Barselona”nın çempionluq imkanlarını aşağı qiymətləndirir:

“Real” – 80,5%;
“Atletiko Madrdi” – 11,7%;
“Jirona” – 4,4%;
“Barselona” – 3,1%;
“Real Sosyedad” – 0,3%.

Superkompüter digər komandaların çempionluq imkanını görmür.

İtaliya A Seriyası

16 turdan sonra A Seriyasını turnir cədvəlinin ilk beşliyi belə görünür: “İnter” – 41 xal, “Yuventus” – 37 xal, “Milan” – 32 xal, “Bolonya” – 28 xal və cari çempion “Napoli” – 27 xal.

Superkompüter belə hesab edir ki, cari mövsümdə 4 komandadan biri çempion ola bilər, amma A Seriyasının qalibi böyük ehtimalla “İnter” olacaq:

“İnter” – 84,9%;
“Yuventus” – 13,9%;
“Milan” – 1,1%;
“Napoli” – 0,2%.

Superkompüterə görə digər komandaların çempionluq imkanı yoxdur.

Almaniya Bundesliqası

Bundesliqaya “Bayer” inamla başlıq edir, “əczaçılar”ın 15 turdan sonra 39 xalı var və Xabi Alonsonun yetirmələri hələ məğlub olmayıblar. 14 oyundan 35 xal toplamış cari çempion “Bayern” isə 2-ci pillədə qərarlaşıb. “Leypsiq” 32 xalla 3-cü, “Ştutqart” 31 xallar 4-cü pillədə yer alıb. İlk beşliyi 26 xalla “Borussiya” (Dortmund) qapayır.

Superkoompüter isə fərqli baxışdadır və Bundesliqanın gələcək çempionu kimi “Bayern”i görür:

“Bayern” – 66,4%;
“Bayer” – 29,2%;
“Leypsiq” – 3,6%;
“Borussiya” (Dortmund) – 0,6%;
“Ştutqart” – 0,2%

Digər komandaların superkompüterə görə Bundesliqada çempion olmağı imkansızdır.

Fransa Liqa 1

Cari çempion PSJ Liqa 1-də iddiasını sürdürür, Luis Enrikenin komandası 16 oyundan 37 xalla liderdir. Sonrakı iddiaçılar belə sıralanıb: “Nitsa” – 32 xal, “Monako” – 30 xal, “Lill” və “Brest” – 28 xal, “Olimpik” (Marsel) və “Lans” – 26 xal.

Superkompüter məhz bu 6 komandadan birinin Liqa 1-i qazana biləcəyini düşünür, amma PSJ-nin imkanları daha yüksək qiymətləndirir:

PSJ – 93,7%;
“Nitsa” – 3,2%;
“Monaco” – 1,9%;
“Lill” – 0,8%;
“Olimpik” (Marsel) – 0,3%;
“Lans” – 0,2%.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: