“Böyük Dəbilqə”: Cüdoçularımızın Əbu-Dabidəki ilk rəqibləri bilindi

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.

Arena.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının da ilk rəqibləri məlum olub.

Xatırladaq ki, Azərbaycan yığma komandası yarışda 8 çəki dərəsində 10 kişi və 4 qadın cüdoçu ilə təmsil olunacaq.

Qadınlar

-48 kq
Leyla Əliyeva – Mireya Lapuerta Komas (İspaniya)

-52 kq
Gültac Məmmədəliyeva – Annika Vurfel (Almaniya)
Aydan Vəliyeva – Çarne Qrisel (Cənubi Afrika Respublikası)

-57 kq
Fidan Əlizadə – Altantsetseq Batsux (Birləşmiş Ərəb Əmirlikləri)

Kişilər

-60 kq
Rövşən Əliyev – Ayub Bliyev (Fərdi Neytral İdmançılar)
Əhməd Yusifov – Adel Hamada (Misir)

-66 kq
Kəramət Hüseynov – Daiki Bouba (Fransa)
Ruslan Paşayev – Matteo Piras (İtaliya)

-73 kq
İbrahim Əliyev – Ayub Xazaliyev (Fərdi Neytral İdmançılar)
Rəşid Məmmədəliyev – Biaslan Blimqotov (Bəhreyn)

-90 kq
Elcan Hacıyev – Daniel Nieto Trinidad (İspaniya)
Vüqar Talıbov – Caxonqir Maxidov (Tacikistan)

+100 kq
Camal Qamzatxanov – Lukas Krpalek (Çexiya)
Uşanqi Kokauri – Yerassul Kazbayev (Qazaxıstan)

Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində təşkil olunacaq “Böyük Dəbilqə” turniri 24-26 oktyabr aralığında baş tutacaq. Üç gün davam edəcək turnirdə 82 ölkədən 472 cüdoçu medallar uğrunda mübarizə aparacaq. Azərbaycan cüdoçuları böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Mehman Əzizov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyük performans analitik Zaur Babayevin rəhbərliyi altında çıxış edəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaş: