“Böyük Dəbilqə”: Cüdoçularımızın Antalyadakı ilk rəqibləri bəlli oldu

Türkiyənin Antalya şəhərində keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” turnirinin bu gün püşkatma mərasimi təşkil olunub. Arena.az xəbər verir ki, turnirdə mübarizə aparacaq Azərbaycan cüdoçularının da ilk rəqibləri məlum olub.

Budəfəki “Böyük Dəbilqə” martın 31-dən aprelin 2-dək davam edəcək. Azərbaycan yığma komandası yarışda 9 çəki dərəcəsi üzrə 12 kişi və 4 qadın cüdoçu ilə təmsil olunacaq. Cüdoçularımız performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçi Elçin İsmayılov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyük performans analitik Zaur Babayevin rəhbərliyi altında çıxış edəcək.

Üç gün davam edəcək turnirdə bütövlükdə 85 ölkədən 600-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq.

Qadınlar

-48 kq
Leyla Əliyeva – Mariya Buyok (Ukrayna)
Könül Əliyeva – Mari Di Varqas Ley (Çili)

-52 kq
Gültac Məmmədəliyeva – Kelli Dequçi (Kanada)

-57 kq
Fidan Əlizadə – Yulia Kovalçuk (Polşa)

Kişilər

-60 kq
Kəramət Hüseynov – Muhammadsoleh Quvatov (Tacikistan) / Dilşodbek Baratov (Özbəkistan) görüşünün qalibi
Nazir Talıbov – David Pulkrabek (Çexiya)

-66 kq
Orxan Səfərov – Hekim Aqamammedov (Türkmənistan) / Antoni De Anqelis (Latviya) cütlüyünün qalibi
Yaşar Nəcəfov – Fabio Basil (İtaliya)

-73 kq
Hidayət Heydərov – Aleksandr Brernd Qabler (Almaniya) / Erdenebayar Batzaya (Monqolustan) cütlüyünün qalibi
Nurlan Osmanov – Aleksandru Rayku (Rumıniya)

-81 kq
Səid Mollayi – Nikola Qardaşeviç (Monteneqro)
Zelim Tçkayev – Tiziano Falkon (İtaliya) / Jus Mesilosek (Sloveniya)

-90 kq
Məmmədəli Mehdiyev – İvaylo İvanov (Bolqarıstan) / Paul Kibikay (Qabon)
Murad Fətiyev – Li Namhun (Cənubi Koreya)

+100 kq
Uşanqi Kokauri – Şoxrux Mamarasulov (Özbəkistan)
Camal Qamzatxanov – Yevgeni Balyevski (Ukrayna) / Qalimjan Krikbay (Qazaxıstan)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: