Martın 3-dən 5-nə qədər Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” turnirinin püşkü atılıb. Arena.az xəbər verir ki, bu gün təşkil olunmuş püşkatma mərasimində Azərbaycan cüdoçularının da ilk rəqibləri məlum olub.
Xatırladaq ki, üç gün davam edəcək turnirdə 51 ölkədən 372 idmançı iştirak edəcək. Azərbaycan milli komandası yarışda 3 çəki dərəsində 6 cüdoçu ilə təmsil olunacaq. Ölkəmizi sözügedən turnirdə Rövşən Əliyev, Əhməd Yusifov (-60 kq), Kamran Süleymanov, Ruslan Paşayev (-66 kq), Nəriman Mirzəyev və Rəşid Məmmədəliyev (-73 kq) təmsil edəcəklər.
İdmançılarımız mötəbər yarışda cüdo üzrə böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Mövlud Mirəliyev və Mehman Əzizovun rəhbərliyi altında çıxış edəcəklər. Yarış sabah Bakı vaxtı ilə saat 09:00-da başlayacaq.
“Böyük Dəbilqə” turniri
3-5 mart
-60 kq
Rövşən Əliyev – Nurkanat Serikbayev (Qazaxıstan)/ Mutaz Xavca (Səudiyyə Ərəbistanı)
Əhməd Yusifov – Moritz Plafki (Almaniya)
-66 kq
Kamran Süleymanov – Vilcar Lipard (Estoniya)
Ruslan Paşayev – Lennart Slamberqer (Almaniya)
-73 kq
Nəriman Mirzəyev – Bahruzi Xocazoda (Tacikistan)
Rəşid Məmmədəliyev – Şaxram Ahadov (Özbəkistan)


