“Böyük Dəbilqə”: Millimiz Tiflisə 13 cüdoçu ilə gedir

Cüdo üzrə Azərbaycan millisinin növbəti “Böyük Dəbilqə” turnirində iştirak edəcək heyətinə aydınlıq gəlib. Arena.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının təqviminə görə növbəti “Böyük Dəbilqə” turniri 24-26 martda Gürcüstanın paytaxtı Tiflis şəhərində keçiriləcək.

Üç gün davam edəcək turnirdə 62 ölkədən 400-dən çox idmançı iştirak edəcək. Azərbaycan millisi bu yarışda 9 çəki dərəsində 13 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara mötəbər yarışda Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla performans direktoru Mark van der Ham rəhbərlik edəcək. Böyüklərdən ibarət yığmanın böyük məşqçisi Mövlud Mirəliyev və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov da heyətdə yer alacaq.

Yarışda Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Azərbaycan millisinin heyətində bu cüdoçular yer alıblar:

Kişilər

-60 kq
Kəramət Hüseynov
Turan Bayramov

-66 kq
Kamran Süleymanov

-73 kq
Rəşid Məmmədəliyev
Nəriman Mirzəyev

-81 kq
Rüstəm Orucov
Elcan Hacıyev

-90 kq
Vüqar Talıbov

+100 kq
Camal Qamzatxanov

Qadınlar

-48 kq
Leyla Əliyeva

-52 kq
Gültac Məmmədəliyeva
Aydan Vəliyeva

-57 kq
Fidan Əlizadə

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: