“Böyük Dəbilqə”: Millimizin heyəti açıqlandı

Azərbaycan cüdoçuları Türkiyədə keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak edəcəklər. Arena.az xəbər verir ki, 1-3 aprel aralığında Antalya şəhərində baş tutacaq turnirdə Azərbaycan 17 idmançı ilə təmsil olunacaq.

66 ölkədən 552 idmançının qatıldığı turnirdə Azərbaycanı təmsil edən oğlan idmançılardan 7 çəki dərəcəsində 13 idmançı, qızlardan isə 3 çəki dərəcəsində 4 idmançı medallar uğrunda mübarizə aparacaq.

Böyüklərdən ibarət milli yığma komandaya baş məşqçi Riçard Trautman, qadınlardan ibarət milli yığma komandaya isə baş məşqçi Rəşad Məmmədov rəhbərlik edəcək.

Qeyd edək ki, idmançılarımız aprelin 4-dən 10-na qədər Antalyada təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcək.

Yığmamızın “Böyük Dəbilqə” üçün açıqlanmış heyətində bu cüdoçular yer alıblar:

Oğlanlar:

-60 kq
Turan Bayramov
Rövşən Əliyev

-66 kq
Orxan Səfərov
Yaşar Nəcəfov

-73 kq
Rüstəm Orucov
Telman Vəliyev

-81 kq
Murad Fətiyev
Elcan Hacıyev

-90 kq
Rüfət İsmayılov

-100 kq
Elmar Qasımov
Zelim Kotsoyev

+100 kq
Uşanqi Kokauri
İmran Yusifov

Qızlar

-48 kq
Leyla Əliyeva
Şəfəq Həmidova

-52 kq
Gültac Məmmədəliyeva

-70 kq
Günel Həsənli

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: