“Böyük Dəbilqə”: Səid Antalyada 2-ci, Hidayət 3-cü oldu

Türkiyənin Antalya şəhərində təşkil olunmuş və martın 31-də start verilmiş cüdo üzrə “Böyük Dəbilqə” turnirinə bu gün yekun vurulur. Arena.az xəbər verir ki, artıq Azərbaycan yığması turnirdəki çıxışını başa vurub. Belə ki, son gündə mübarizəyə qoşulan cüdoçularımız yarışla erkən vidalaşıblar.

Belə ki, Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) uğursuz startla medal şanslarını itiriblər.

Xatırladaq ki, Azərbaycan millisi budəfəki “Böyük Dəbilqə” turnirinə 9 çəki dərəcəsi üzrə 12 kişi və 4 qadın cüdoçu ilə yollanmışdı. Cüdoçularımız performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçi Elçin İsmayılov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyük performans analitik Zaur Babayevin rəhbərliyi altında çıxış ediblər.

Komandamızın heyətində yalnız Səid Mollayi (-81 kq) və Hidayət Heydərovun (-73 kq) çıxışı uğurlu alınıb. Yalnız finalda uduzan Səid yekunda gümüş medalla kifayətlənib. Hidayət isə eyni çəki dərəcəsindəki digər təmsilçimiz Nurlan Osmanovla bürünc medal uğrundakı görüşdən qalib ayrılaraq üçüncü yeri tutub.

Digər cüdoçularımızın çıxışı isə bu gün tatamiyə çıxan idmançılarımız kimi, uğursuz alınıb.

Üç gün davam edən turnirdə bütövlükdə 85 ölkədən 600-dən çox idmançı medallar uğrunda mübarizə aparıb.

Qadınlar

-48 kq
Leyla Əliyeva – Mariya Buyok (Ukrayna) -:+

Könül Əliyeva – Mari Di Varqas Ley (Çili) +:-
Könül Əliyeva – Geronay Uaytbui (Cənubi Afrika) -:+

-52 kq
Gültac Məmmədəliyeva – Kelli Dequçi (Kanada) +:-
Gültac Məmmədəliyeva – Yujeonq Kanq (Cənubi Koreya) +:-
Gültac Məmmədəliyeva – Çelsi Cayls (İngiltərə) -:+

-57 kq
Fidan Əlizadə – Yulia Kovalçuk (Polşa) -:+

Kişilər

-60 kq
Kəramət Hüseynov – Dilşodbek Baratov (Özbəkistan) -:+

Nazir Talıbov – David Pulkrabek (Çexiya) +:-
Nazir Talıbov – Rodriqo Kosta Lopes (Portuqaliya) +:-
Nazir Talıbov – Artyom Lesyuk (Ukrayna) +:-
Nazir Talıbov – Nurkanat Serikbayev (Qazaxıstan) -:+
Təsəlliverici görüş
Nazir Talıbov – Yorre Vorstreten (Belçika) -:+

-66 kq
Orxan Səfərov – Antoni De Anqelis (Latviya) +:-
Orxan Səfərov – Qusman Kırqızbayev (Qazaxıstan) -:+

Yaşar Nəcəfov – Fabio Basil (İtaliya) -:+

-73 kq
Hidayət Heydərov – Erdenebayar Batzaya (Monqolustan) +:-
Hidayət Heydərov – İoan Dzitaç (Rumıniya) +:-
Hidayət Heydərov – Vladislav Kazimirov (Ukrayna) +:-
Hidayət Heydərov – Manuel Lombardo (İtaliya) -:+
Bürünc medal uğrunda görüş
Hidayət Heydərov – Nurlan Osmanov +:-

Nurlan Osmanov – Aleksandru Rayku (Rumıniya) +:-
Nurlan Osmanov – Covanni Espozito (İtaliya) +:-
Nurlan Osmanov – Umalt Demirel (Türkiya) +:-
Nurlan Osmanov – Tsend-Oçir Tsoqtaatar (Monqolustan) -:+
Təsəlliverici görüş
Nurlan Osmanov – Adil Osmanov (Moldova) +:-
Bürünc medal uğrunda görüş
Nurlan Osmanov – Hidayət Heydərov -:+

-81 kq
Səid Mollayi – Jus Mesilosek (Sloveniya) +:-
Səid Mollayi – Bolor-Oçir Gereltuya (Monqolustan) +:-
Səid Mollayi – Frank de Vit (Niderland) +:-
Səid Mollayi – Şarofiddin Boltaboyev (Özbəkistan) +:-
Final
Səid Mollayi – Mattias Kasse (Belçika) -:+

Zelim Tçkayev – Nikola Qardaşeviç (Monteneqro) +:-
Zelim Tçkayev – Antonio Espozito (İtaliya) +:-
Zelim Tçkayev – Umar Djalo (Fransa) -:+

-90 kq
Məmmədəli Mehdiyev – İvaylo İvanov (Bolqarıstan) -:+

Murad Fətiyev – Li Namhun (Cənubi Koreya) +:-
Murad Fətiyev – Leonidas Haytonen (İsveç) +:-
Murad Fətiyev – Noel van T End (Niderland) -:+

+100 kq
Camal Qamzatxanov – Şoxrux Mamarasulov (Özbəkistan) +:-
Camal Qamzatxanov – Munir Ertuğ (Türkiyə) -:+

Uşanqi Kokauri – Yevgeni Balyevski (Ukrayna) -:+

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: