“Böyük Dəbilqə”: Tiflisdəki qazancımız 1 “qızıl” və 1 “bürünc” oldu

Gürcüstanın paytaxtı Tiflis şəhərində təşkil olunmuş cüdo üzrə növbəti beynəlxalq “Böyük Dəbilqə” turnirinə martın 26-da yekun vuruldu. Arena.az xəbər verir ki, bu turnirə 13 cüdoçu ilə yollanan Azərbaycan millisinin qazancı cəmi 2 medal oldu.

Yarışın ilk günündə 5 çəki dərəcəsində 7 cüdoçumuz tatamiyə çıxmışdı. Kişilər arasında 60 kq çəkidə yarışan Turan Bayramovun çıxışı daha uğurlu alınıb. O, bütün rəqibləri ilə dueldən qalib ayrılaraq qızıl medal qazanıb. Qadınlar arasında isə Gültac Məmmədəliyevanın çıxışı uğurlu alınıb. O, bürünc medal uğrunda qarşılaşmadan qalib ayrılaraq yarışı üçüncü yerdə başa vurub.

İlk gündə tatamiyə çıxan digər cüdoçularımız, həmçinin sonrakı günlərdə mübarizəyə qoşulan idmançılarımızın çıxışı isə uğursuz alınıb. Onlardan bəzisi elə ilk döyüşündəcə mübarizəni dayandırıbsa, qalanları da bir-iki qələbədən sonra məğlubiyyətlə üzləşiblər.

Xatırladaq ki, “Böyük Dəbilqə” turnirində bütövlükdə 62 ölkədən 400-dən çox idmançı iştirak edib. Yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alıb.

Kişilər

-60 kq
Kəramət Hüseynov – Dilşot Xalmatov (Ukrayna) -:+

Turan Bayramov – Aybek Omirov (Türkmənistan) +:-
Turan Bayramov – Doston Ruziyev (Özbəkistan) +:-
Turan Bayramov – Artyom Lesyuk (Ukrayna) +:-
Turan Bayramov – Kanat Seilxan (Qazaxıstan) +:-
Final
Turan Bayramov – Georgi Sardalaşvili (Gürcüstan) +:-

-66 kq
Kamran Süleymanov – Quram Dzavaşvili (Birləşmiş Ərəb Əmirlikləri) +:-
Kamran Süleymanov – Yermek Amangeldi (Qazaxıstan) +:-
Kamran Süleymanov – Boqdan Yadov (Ukrayna) -:+

-73 kq
Rəşid Məmmədəliyev – Mixeili Baxbaxaşvili (Gürcüstan) +:-
Rəşid Məmmədəliyev – Naçe Herkoviç (Xorvatiya) +:-
Rəşid Məmmədəliyev – Kases Roka (Salvador) -:+

Nəriman Mirzəyev – Edoardo Mella (İtaliya) +:-
Nəriman Mirzəyev – Georgi Teraşvili (Gürcüstan) +:-
Nəriman Mirzəyev – Ferdinand Karapetyan (Ermənistan) -:+

-81 kq

Rüstəm Orucov – Zaur Dvalaşvili (Gürcüstan) -:+

Elcan Hacıyev – Anri Equtidze (Portuqaliya) +:-
Elcan Hacıyev – Arno Areqba (Fransa) -:+

-90 kq
Vüqar Talıbov – Aram Qriqoryan (Birləşmiş Ərəb Əmirlikləri) -:+

+100 kq
Camal Qamzatxanov – İrakli Demetraşvili (Gürcüstan) +:-
Camal Qamzatxanov – Andri Qranda (Kuba) -:+
Təsəlliverici görüş
Camal Qamzatxanov – Şohrukxon Boxtiyorov -:+

Qadınlar

-48 kq
Leyla Əliyeva – Venna Çjuanq (Çin) +:-
Leyla Əliyeva – Miliça Nikoliç (Xorvatiya) -:+

-52 kq
Gültac Məmmədəliyeva – Yasmin Lima (Braziliya) +:-
Gültac Məmmədəliyeva – Ana Peres Boks (İspaniya) +:-
Gültac Məmmədəliyeva – Maşa Balhaus (Almaniya) -:+
Təsəlliverici görüş
Gültac Məmmədəliyeva – Amber Rayheul (Belçika) +:-
Bürünc medal görüşü
Gültac Məmmədəliyeva – Yeqing Ju (Çin) +:-

Aydan Vəliyeva – Naomi Van Krevel (Niderland) +:-
Aydan Vəliyeva – Gefen Primo (İsrail) -:+

-57 kq
Fidan Əlizadə – Pauline Strake (Almaniya) -:+

Xəbəri sosial şəbəkələrdə paylaş: