“Böyük Dəbilqə”: Ulan-Batordakı ilk rəqiblər bəlli oldu

İyunun 23-dən 25-nə qədər Monqolustanın paytaxtı Ulan-Bator şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turniri keçiriləcək.

Arena.az xəbər verir ki, üç gün davam edəcək turnirdə dünyanın 45 ölkəsindən 349 idmançı iştirak edəcək.

Azərbaycan milli komandası yarışda 8 çəki dərəsində 13 cüdoçu (10 kişi, 3 qadın) ilə təmsil olunacaq.

Bu gün turnirin püşkatma mərasimi baş tutub. Mərasimdə azərbaycanlı cüdoçuların da ilk rəqibləri bəlli olub.

Cüdoçularımız mötəbər yarışda böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçi Elçin İsmayılov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyük performans analitik Zaur Babayev rəhbərliyi altında çıxış edəcək.

Yarışda Azərbaycan Cüdo Federasiyasının A kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev “Böyük Dəbilqə” turnirinin ədalət təmsilçiləri arasında yer alacaq.

İdmançılarımız 26 iyun – 1 iyul aralığında Ulan-Batorda təşkil olunacaq təlim-məşq toplanışına da qatılacaqlar.

Qadınlar

-48 kq
Leyla Əliyeva – Tamar Malka (İsrail)
Könül Əliyeva – Hikari Yoşioka (Yaponiya)

-52 kq
Aydan Vəliyeva – Ariunzaya Terbiş (Monqolustan)

Oğlanlar

-66 kq
Kəramət Hüseynov – Qusman Kırğızbayev (Qazaxıstan)
Yaşar Nəcəfov – Yanislav Qerçev (Bolqarıstan)

-73 kq
İbrahim Əliyev – Uranbayar Odqerel (Monqolustan)
Nurlan Osmanov – Enxdul Lxama (Monqolustan)

-81 kq
Zelim Tçkayev – Cunseonq Li (Cənubi Koreya)

-90 kq
Murad Fətiyev – Qan-Erdene Tserenbat (Monqolustan)
Elcan Hacıyev – Mansur Lorsanov (Fərdi neytral idmançı)

-100 kq
Zelim Kotsoyev – Conqhun Von (Cənubi Koreya)/Xuderçulun Bayartsenqel (Monqolustan)

+100 kq
Uşanqi Kokauri – Munqun-Erdene Tumurçudur (Monqolustan)
Camal Qamzatxanov – Vladut Simionesku (Rumıniya)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: