“Böyük Dəbilqə”: Zelim Tçkayev Parisdə 2-ci oldu

Azərbaycan cüdoçusu Zelim Tçkayev Fransanın paytaxtı Parisdə təkil olunmuş “Böyük Dəbilqə” turnirində gümüş medal qazanıb.

Arena.az xəbər verir ki, 81 kq-da mübarizə aparan 24 yaşlı idmançı yarışda ikinci yeri tutub.

Mübarizəyə 1/32 finaldan başlamış Zelim Tçkayev bütün rəqiblərini məğlub edərək finala qədər irəliləməyi bacarıb. Lakin o, həlledici görüşdə belçikalı Mattias Kasseyə məğlub olub.

Bu gün mübarizə aparan Azərbaycan millisinin digər cüdoçuları – Rəşid Məmmədəliyev, İbrahim Əliyev (hər ikisi 73 kq) və Səid Mollayi (81 kq) mükafatçılar sırasına düşə bilməyiblər.

Xatırladaq ki, bir gün öncə mübarozə aparmış Nazir Talıbov və Əhməd Yusifov (hər ikisi 60 kq) da uğursuz nəticə göstərmişdilər.

Parisdəki “Böyük Dəbilqə” turnirinə fevralın 4-də yekun vurulacaq. Son gündə Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq) və Uşanqi Kokauri (+100 kq) qüvvələrini sınayacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaş: