“Böyük Dəbilqə”də növbəti fiasko: 17 cüdoçuya 1 “bürünc”

Bu gün iyunun 16-dan etibarən Qazaxıstanın Astana şəhərində keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinə yekun vurulub.

Arena.az xəbər verir ki, nüfuzlu turnirin son günündə Azərbaycan yığmasının beş üzvü tatamiyə çıxıb.

Vüqar Talıbov (90 kq) kanadalı Lui Krober-Qaqnon və Mənsur Lorsanovu (neytral idmançı) məğlub edərək 1/4 finala yüksəlib. O, bu mərhələdə Aksel Klergeyə (Fransa) uduzub. Ardınca Teodoros Tselidisə (Yunanıstan) məğlub olan Vüqar yeddinci yerlə kifayətlənib.

Elcan Hacıyev (90 kq) rumıniyalı Aleks Kretunu məğlub etsə də, daha sonra Hüseyn Xalmurzayevə (neytral idmançı) məğlub olub.

Aslan Mirzəyev (100 kq) öncə Bekzat Şaqatayevi (Qazaxıstan) yenib. Lakin bundan sonra o, Xorvatiyadan olan Zlatko Kumriçlə bacarmayıb.

Uşanqi Kokauri (+100 kq) startdaca Yonas Freyberə (Almaniya) uduzub. Eyni çəkidəki digər təmsilçimiz Camal Qamzatxanov isə Valeri Yendovitskiyə (neytral idmançı) məğlub olub.

Beləliklə, Azərbaycan millisi son gündə də medalsız qalıb. Cüdo yığmamız bu yarışı cəmi bir bürünc mükafatla başa vurub. Azərbaycan komandasına yeganə medalı Gültac Məmmədəliyeva (52 kq) qazandırıb.

Xatırladaq ki, yığmamız bu “Böyük Dəbilqə” turnirinə adları aşağıda göstərilmiş idmançılarla yollanmışdı:

Kişilər

-60 kq
Kənan İsmayılov
Nazir Talıbov

-66 kq
Kəramət Hüseynov
Kamran Süleymanov

-73 kq
Telman Vəliyev
Rəşid Məmmədəliyev

-81 kq
Məhərrəm İmamverdiyev
Zelim Tçkayev

-90 kq
Vüqar Talıbov
Elcan Hacıyev

-100 kq
Aslan Mirzəyev

+100 kq
Uşanqi Kokauri
Camal Qamzatxanov

Qadınlar

-48 kq
Leyla Əliyeva
Ramilə Əliyeva

-52 kq
Aydan Vəliyeva
Gültac Məmmədəliyeva

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: