Brahim Konate “Şamaxı”da – Rəsmi

Bir illik fasilədən sonra yenidən Premyer Liqaya qayıdan “Şamaxı” fransalı yarımmüdafiəçi Brahim Konate ilə güclənib.

Arena.az xəbər verir ki, bu barədə Şamaxının eyniadlı klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Şamaxı” yeni mövsüm ərəfəsində heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir. Əyalət klubu bu gün növbəti legioner transferini rəsmiləşdirib – fransalı yarımmüdafiəçi Brahim Konate ilə 1 illik müqavilə imzalanıb.

Karyerasına Fransanın “Oser” klubunda başlamış Konate vaxtı ilə Fransa U-20 yığmasının üzvü olub. 28 yaşlı futbolçunun son klubu isə İsrail “Hapoel”i (Afula) olub.

28 yaşlı futbolçu karyerası ərzində “Nyor”, “Fuenlabrada”, “Rayo Maxadahonda”, “Kauno Jalgiris” kimi klublarda da forma geyinib.

Xatırladaq ki, “Şamaxı” bu yay Adil Nağıyev (“Səbail”), Rafael Məhərrəmli (“Səbail”), İlkin Muradov (“Zirə”), Rüfət Abbasov (“Neftçi”) və Belaydi Pusini (“Turan Tovuz”) də heyətinə qatıb. Rauf Rüstəmli isə “Sabah”dan 1 illik icarəyə götürülüb. Ötən mövsümü “Səbail”də icarədə keçirmiş Bahadur Həziyev də “Şamaxı”ya qayıdıb. Səbayıl Bağırov, Abdulla Seydəhmədov və Emin Zamanovla da yeni müqavilə imzalanıb. Əkbər Vəliyev, Süleyman Damadayev, Elçin Qasımov, Əbil Əbilov, Əli Mürsəlov, İbrahim Aslanlı, Fuad Bayramov, Samir Məhərrəmli, Roman Hüseynov, Bəhruz Teymurov və Salman Ələsgərovla isə yollar ayrılıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: