“Brentford” Devid Bekhemin oğlu ilə müqavilə bağladı

“Brentford” İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Devid Bekhemin oğlu Romeo Bekhemlə taməsaslı müqavilə imzalayıb.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb:

“Romeo yanvar ayından “Brentford”dadır və o, bizim üçün fantastik dərəcədə xeyirli olub. O, mövsümü əntiqə başa vurdu. Biz onun futbol bacarıqlarını tərəqqi etdirməyə davam etdik və indi onun komandaya yaxşı əhvali-ruhiyyədə qayıtmasını gözləyirik”, – klubun rəsmi bəyanatında deyilir.

20 yaşlı cinah yarımmüdafiəçisi Romeo Bekhem “Brentford”un tam ştatlı oyunçusudur. Futbolçu əvvəllər icarə əsasında “Brentford”un ikinci komandasında çıxış edib. Son vaxtlara qədər kiçik Bekhem atasının sahibi olduğu “İnter Mayami”yə məxsus idi.

Romeonun “Brentford”la müqaviləsi daha bir mövsüm uzadılmaq şərti ilə bir mövsümə nəzərdə tutulub.

2022/2023 mövsümündə kiçik Bekhem “Brentford”un ikinci komandasında 15 oyun keçirib, 1 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: