Braziliyalı model Bruna Byankardi Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasının braziliyalı ulduzu Neymardan ayrıldığını bildirib.
Arena.az məlumat verir ki, Bruna bu barədə özünün sosial şəbəkə hesabı üzərindən yazı paylaşıb:
“Bu, şəxsi məsələdir, amma hər gün xəbərlərə, fərziyyələrə və zarafatlara məruz qaldığım üçün sizə bildirirəm ki, hazırda münasibətim yoxdur. Biz Mevinin valideynləriyik və bizi birləşdirən bütün bunlardır. Ümidvaram ki, şəxsi xəbərlər daha az olacaq, təşəkkür edirəm”, deyə Byankardi şəxsi həyatının müzakirəsində dərinə getməməyi başa düşməyə əsas verib.
Xatırladaq ki, cütlüyün qızı Mevinin doğulmasından təxminən iki aya yaxın vaxt keçir. Neymar və Bruna Byankardi 2021-ci ildən görüşməyə başladılar, amma romantik münasibətlərini bir müddət gizli saxlayıblar. Cütlük 2022-ci ilin yanvarında münasibətlərini ictimaiyyətə açıqlayıb.
Hazırda Neymar aldığı ağır zədə nəticəsində keçirdiyi cərrahi əməliyyatdan sonra çətin bərpa dövrünü yaşayır.
Xatırladaq ki, Neymar 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə almışdı. Futbolçunun təxmin edilən sağalma müddəti 10 aya qədər çəkə bilər bilər. Beləliklə, Neymarın cari mövsümdə bir daha meydana çıxmama ehtimalı yüksəkdir.
Braziliyalı ulduz futbolçu cari ilin yay transfer pəncərəsində PSJ-dən “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan bir il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.
Cari mövsümdə futbolçu “Əl-Hilal”ın heyətində 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.
Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı Neymarı 50 milyon avro məbləğində qiymətləndirir.


