Cəlal Hüseynov Klujda 9 dəqiqə oynadı, 3 xala sevindi

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Rumıniyanın “Petrolul” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Cəlalın komandası Rumıniya çempionatının 2026/2027-ci illər mövsümünün 7-ci turu çərçivəsində “Universitatya” (Kluj) ilə qarşılaşıb.

“Petrolul” səfər oyunundan 3:2 hesablı qələbə ilə ayrılıb. Cəlal görüşün 81-ci dəqiqəsində meydana buraxılıb.

Xatırladaq ki, azərbaycanlı müdafiəçi bu yay “Petrolul”a azad agent kimi qoşulub və 2 illik müqaviləyə imza atıb. O, sözügedən komandanın heyətində 6 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Petrolul” 7 oyuna topladığı 12 xalla 16 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb. Futbolçumuzun komandası 7 oyunda 4 qələbə qazanıb, 3 məğlubiyyətə üzülüb.

“Zirə”nin yetirməsi olan Cəlal Hüseynov 2023-cü ilin iyun ayında Bolqarıstanın “Arda” klubuna keçib. Azərbaycanlı futbolçu bu komandada 87 rəsmi oyuna çıxıb, 5 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, 2025-ci ilin yayında yenidən Bolqarıstan klubuna qayıtmışdı.

Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 10 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: