Cəlal Hüseynov oynadı, komandası 1/4 finala yüksəldi

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 20 yaşlı müdafiəçi Bolqarıstan kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilmiş Loveç “Liteks”i ilə oyunun iştirakçısı olub.

Doğma meydanda baş tutan bu qarşılaşma “Arda”nın qələbəsi ilə başa çatıb – 4:1. Nəticədə futbolçumuzun komandası darmadağınla 1/4 finala yüksəlib.

Hüseynov bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə bu il iyunun 12-də 3 illik müqavilə imzalayıb. “Arda” onu “Zirə”dən transfer edib. Azərbaycanlı futbolçu bu komandada 16 rəsmi oyuna çıxıb, 1 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: