Çeferin: “Avropada söz azadlığı artıq yoxdur!”

UEFA prezidenti Aleksander Çeferin 2024-cü ildə Avropada nəyə ümid etdiyini soruşduqda Avropa cəmiyyətindəki ənənələrdən danışıb.

Arena.az “The Guardian” nəşrinə istinadən, Çeferinin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Cəmiyyətə gəlincə, mən Avropaya o qədər də nikbin baxışda deyiləm. Populistlər yüksəlirlər, ifrat sağçılar güclənirlər, amma bu həm də ondan irəli gəlir ki, söz azadlığı artıq mövcud deyil. Diktaturalarda həbsxanaya salınırsınız, demokratik adlanan ölkələrdə isə mətbuatda məhv edilirsiniz. Camaat bunlardan təngə gəlib, sərbəst danışa bilmirlər. Vəzifəmi nəzərə alaraq heç nə deyə bilmərəm. Bircə səhv söz desəm, o zaman siz (mətbuata müraciətlə – redaktorun qeydi) daha yeddi il onun haqqında yazacaqsınız. Hər şey yanlış istiqamətdə gedəcək və bütün Avropaya yayılacaq.

Nikbinliyi ruhlandıran odur ki, mən insanların əsasən yaxşı olduğuna inanıram, biz dairə boyunca hərəkət edirik və tezliklə yenidən yüksələcəyik”, deyə Çeferin inamla bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: