Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə yekun vuruldu

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha 9 qarşılaşma baş tutub.

Azərbaycanın bu turnirdəki təmsilçisi “Neftçi” Bakıda Yunanıstanın “Olimpiakos” komandasını qəbul edib. “Neftçi” səfərdə baş tutan ilk matçda olduğu kimi, doğma meydanda da bu rəqibinə 0:1 hesabıyla uduzub.

Türkiyənin “Qalatasaray” klubu Niderland PSV-sini qəbul edib. Komandalar arasındakı ilk matçda “Qalatasaray” 1:5 hesabıyla darmadağın olmuşdu. Cavab görüşündə də uduzan İstanbul klubu ÇL-də mübarizəni dayandırıb.

Qazaxıstan “Kayrat”ı da evdə qalib gəldiyi “Srvena Zvezda”ya Serbiyada böyük hesabla uduzub və ÇL-dən kənarda qalıb.

“Olimpiakos”, PSV və “Srvena Zvezda” ilə yanaşı, “Şerif”, “ÇFR Kluj”, “Midtyulland”, “Ludoqorets”, “Yanq Boyz” və “Sparta” da növbəti mərhələyə yüksəlib.

Xatırladaq ki, ilk oyun günündə “Legiya” (Polşa), “Malmö” (İsveç), “Dinamo” (Zaqreb, Xorvatiya) və “Ferentsvaroş” (Macarıstan) ÇL-in 3-cü təsnifat mərhələsinə vəsiqəni təmin etmişdi.

Çempionlar Liqasında növbəti mərhələnin görüşləri 3-4 və 10 avqustda keçiriləcək.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
28 iyul

Neftçi – Olimpiakos (Yunanıstan) 0:1 (ilk oyun 0:1)

Şerif (Moldova) – Alaşkert (Ermənistan) 3:1 (1:0)

ÇFR Kluj (Rumıniya) – Linkoln (Cəbəllütariq) 2:0 (2:1)

Midtyulland (Danimarka) – Seltik (Şotlandiya) 2:1 (1:1)

Qalatasaray (Türkiyə) – PSV (Niderland) 1:2 (1:5)

Ludoqorets (Bolqarıstan) – Mura (Sloveniya) 3:1 (0:0)

Yanq Boyz (İsveçrə) – Slovan (Slovakiya) 3:2 (0:0)

Sparta (Praqa, Çexiya) – Rapid (Vyana, Avstriya) 2:0 (1:2)

Srvena Zvezda (Serbiya) – Kayrat (Qazaxıstan) 5:0 (1:2)

Xəbəri sosial şəbəkələrdə paylaş: