Cessi Marş 2030-cu ilə qədər Kanada millisində!

Futbol üzrə Kanada milli komandasının amerikalı baş məşqçi Cessi Marş Kanada Futbol Federasiyası ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Kanada Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

52 yaşlı mütəxəssis 2030-cu ilə qədər bu yığmanı çalışdırmağa davam edəcək.

Cessi Marş 2024-cü ilin may ayından Kanada yığmasına rəhbərlik edir. Komanda bu mütəxəssisin rəhbərliyi altında 29 oyun keçirib, 14 qələbə qazanıb, 7 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.

Amerikalı mütəxəssis daha öncə “Lids Yunayted”, “Leypsiq”, “Zalsburq”, “Nyu York Red Bulls” və “Monreal İmpakt” komandalarına da rəhbərlik edib.

Qeyd edək ki, Kanada millisi Cessi Marşın rəhbərliyi altında bu il keçiriləcək dünya çempionatında (DÇ-2026) iştirak edəcək. Mundial iyunun 11-dən iyulun 19-dək Meksika, ABŞ və Kanadanın birgə ev sahibliyi ilə keçiriləcək. Kanada yığması mundiala ev sahibi olaraq qatılır. Kanada milli komandası qrup mərhələsində İsveçrə, Qətər, həmçinin Bosniya və Herseqovina yığmalarına qarşı mübarizə aparacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: