“Monako” müdafiəçisi Cibril Sidibe ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, Fransadan olan 30 yaşlı futbolçu Yunanıstanın AEK klubuna transfer olunub.
Bu barədə Afina təmsilçisinin rəsmi saytı məlumat yayıb. 30 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb. O, AEK-də 29 nömrəli formanı geyinəcək.
Cibril Sidibe 2016-cı ildən “Monako”da forma geyinirdi. O, knyazlıq təmsilçisində keçirdiyi 5 mövsüm ərzində 174 oyuna çıxıb, 6 qola imza atıb. Təcrübəli müdafiəçi 2019/20 mövsümünü də İngiltərənin “Everton” klubunda icarədə keçirib.
Sidibe “Trua”nın yetirməsidir. O, iki mövsüm bu klubun əsas komandasında forma geyindikdən sonra “Lill”ə transfer olunub. Müdafiəçi “Monako”ya keçənə qədər məhz bu komandanın uğurları üçün çalışıb. O, Fransa yığmasında da 18 oyun keçirib, 1 qol vurub.


