CONCACAF Kuboku çərçivəsində baş tutan Qətərlə oyunda Meksika yığmasının azarkeşi stadionda dava-dalaş zamanı digər azarkeşi bıçaqlayıb.
Arena.az bu barədə ESPN-ə istinadən xəbər verir.
Məlumata görə, hadisə ABŞ-da keçirilən CONCACAF Kubokunun üçüncü turunun Meksika – Qətər oyunu (0:1) zamanı baş verib.
Belə ki, Meksika yığmasının tribunada olan bir neçə azarkeşi arasında əlbəyaxa dava düşüb. Xuliqanlardan biri digərinə bıçaqla ağır xəsarət yetirib. Vurulmuş zərbə qurbanın bədəninin yuxarı hissəsinə, çox güman ki, boyun nayihəsinə tuş gəlib. Hadisənin videogörüntülərində yaradan çoxlu qan axdığı görünür.
Çərşənbə axşamı Meksika Futbol Federasiyası hadisə ilə bağlı bəyanat verib. Qurum zorakılıq aktlarını pisləyib və gələcəkdə oxşar hadisələrin baş verməməsi üçün yerli hakimiyyət orqanlarından təhqiqatlarda əməkdaşlıq etməyi xahiş edib.