Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Bandırmaspor” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda bu gün TFF 1-ci Liqanın 2024/2025 mövsümünün 9-cu turu çərçivəsində “Fatih Karagümrük”lə qarşılaşıb.
Coşqunun komandası doğma meydanda baş tutan bu qarşılaşmadan qələbə ilə ayrılıb – 1:0.
Diniyev bu oyuna start heyətdə başlayıb və 72-ci dəqiqədə əvəzlənib.
“Bandırmaspor” 9 turdan sonra 15 xalla 8-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Coşqun Diniyev ötən mövsümü Türkiyə Birinci Liqasının digər təmsilçisi “Ümraniyəspor”da keçirib. 28 yaşlı azərbaycanlı futbolçu bu yay “Bandırmaspor”la 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atıb. O, bu komandanın heyətində 8 oyun keçirib və məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.


