Cud Bellingem: “Real” elə, olmaq istədiyim yerdir”

“Real”ın ingilis mərkəz yarımmüdafiəçisi Cud Bellingem Madrid klubunda uzun müddət qalmaq istədiyini bildirib.

Arena.az məşhur italyan jurnalist-insayder Fabrizio Romanoya istinadən Bellingemin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Mən həyatımın növbəti 10-15 ilini “Real”da qalmaq istəyirəm. Mənim olmaq istədiyim yer elə, buradır”, deyə Bellingem bildirib.

Xatırladaq ki, yeni mövsümün başlaması ilə istər klub, istərsə də yığma səviyyəsində göstərdiyi möhtəşəm ouynu və məhsuldarlığı sayəsində gənc Bellingem futbol dünyasında adından söz etditməyi bacarıb.

Cud Bellingem “Real”a iyunun əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib və üstəlik almanlar 30% bonus məbləğini əlavə qazanc olaraq əldə edə bilərlər. Bellingem “Real”la müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqavilə imzalayıb.

Cari mövsümdə Bellingem “qaymaqlılar”ın heyətində 10 oyunda 10 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Gənc yaşına rəğmən, Bellingem 2020-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasında 27 oyun keçirib, 2 qol vurub, 5 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 20 yaşlı Cud Bellingemi 150 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: