Qadınlar və kişilər arasında təşkil olunmuş cüdo üzrə Azərbaycan çempionatının fərdi yarışlarına bu gün yekun vurulub.
Arena.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan fərdi yarışlarda qadınlar və kişilər arasında 14 çəki dərəcəsində mükafatçılar bəlli olub.
Yarışda 60 klub, cəmiyyət və idman təşkilatından olan 324 cüdoçu medallar uğrunda mübarizə aparıb.
Fərdi yarışların son nəticəsinə görə, ümumi komanda hesabında medalların sayına görə 4 qızıl, 5 gümüş və 5 bürünc medalla “Neftçi” İdman Klubu çıxıb. 2-ci yerdə 3 qızıl, 2 gümüş və 5 bürünc medalla “Atilla” İdman Klubu, 3-cü yerə isə 3 qızıl, 1 gümüş və 3 bürünc medallar “Cüdo Klub 2012” layiq görülüb. 18 komanda müxtəlif əyarlı medal qazanıb.
Qeyd edək ki, Azərbaycan çempionatının komanda yarışları 1 dekabrda baş tutacaq.
Fərdi yarışların ikinci gününün qaliblərinin siyahısını təqdim edirik:
Qadınlar
-48 kq.
- Leyla Əliyeva (Neftçi İdman Klubu)
- Şəfəq Həmidova (Azəri-Cüdo İdman Klubu)
- Fəridə Mirzəyeva (Umbayev Sport Klub)
- Məryəm Bayramzadə (Sumqayıt 1 nömrəli İOEUGİŞM)
-52 kq.
- Xədicə Qədəşova (Atilla İdman Klubu)
- Fidan Qasımova (Neftçi İdman Klubu)
- Ülviyyə Bayramova (Şuşa UGİM)
- Çinarə Sadiqova (Atilla İdman Klubu)
-57 kq.
- Acelya Toprak (Azərbaycan Cüdo Federasiyası)
- Aytən Verdiyeva (Sumqayıt 1 nömrəli İOEUGİŞM)
- Nilgün Rzayeva (10 nömrəli UGİM)
- Vüsalə Hacıyeva (Azəri-Cüdo İdman Klubu)
Kişilər
-81 kq.
- Zelim Tçkayev (Neftçi İdman Klubu)
- Ömər Rəcəbli (Neftçi İdman Klubu)
- Cəsur İbadlı (Neftçi İdman Klubu)
- Məhərrəm İmamverdiyev (Cüdo Klub 2012)
-90 kq.
- Murad Fətiyev (Cüdo Klub 2012)
- Aslan Kotsoyev (Cüdo Klub 2012)
- Məmmədrza Hacızadə (Cüdo Klub 2012)
- Naim Hüseynov (DİN İC)
-100 kq.
- Elmar Qasımov (Atilla İdman Klubu)
- Şahin Əsədov (Fərid İdman Klubu)
- Nihad Şıxəlizadə (Neftçi İdman Klubu)
- Davud Namazlı (Atilla İdman Klubu)
+100 kq.
- Uşanqi Kokauri (Neftçi İdman Klubu)
- İmran Yusifov (Sərhədçi İdman Mərkəzi)
- Ramazan Əhmədov (Kanokan TT İdman Klubu)
- Eldar Əliyev (Atilla İdman Klubu)


