Cüdo: Azərbaycanı Qratsda 14 idmançı təmsil edəcək

Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandası Avstriyanın Qrats şəhərində keçiriləcək Avropa Kubokunda iştirak edəcək.

Arena.az bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.

İyunun 1-dən 2-nə qədər davam edəcək turnirdə 30 ölkədən 435 idmançı qüvvəsini sınayacaq.

Yığmamız yarışda oğlanlar arasında 7 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunacaq. Nizami İmranov (60 kq), Məhəmməd Musayev, İslam Rəhimov (hər ikisi 66 kq), Süleyman Əliyev, Aydın Rzayev (hər ikisi 73 kq), Məmmədrza Hacızadə, Süleyman Şükürov, Nahid Tarquliyev (hər üçü 81 kq), Tuncay Şamil, İsmayıl Zamanov (hər ikisi 90 kq), Nicat Şıxəlizadə (100 kq), Ramazan Əhmədov və Kənan Nəsibov (100 kq +) baş məşqçisi Elxan Məmmədov və məşqçi Elxan Rəcəblinin etimadını doğrultmağa çalışacaqlar.

Yarışdan sonra idmançılarımız iyunun 3-dən 5-nə qədər Qratsda təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.

-60 kq
Nizami İmranov

-66 kq
Məhəmməd Musayev
İslam Rəhimov

-73 kq
Süleyman Əliyev
Aydın Rzayev

-81 kq
Məmmədrza Hacızadə
Süleyman Şükürov
Nahid Tarquliyev

-90 kq
Tuncay Şamil
İsmayıl Zamanov

-100 kq
Nicat Şıxəlizadə

+100 kq
Ramazan Əhmədov
Kənan Nəsibov.

Xəbəri sosial şəbəkələrdə paylaş: