Cüdo: Gənclərdən ibarət millimiz Poznanda 1-ci oldu

Polşanın Poznan şəhərində gənclər arasında təşkil olunmuş Avropa Kubokuna bu gün – aprelin 6-da yekun vurulub.

Arena.az xəbər verir ki, ilk yarış günündə cüdoçularımızın qazancı 2 qızıl və 2 bürünc medal olub.

-60 kq çəki dərəcəsinə tatamiyə çıxan Fərid Qarayev və -66 kq çəkidə mübarizə aparan Məhəmməd Musayev bütün rəqiblərinə qalib gələrək fəxri kürüsünün ən yüksək pilləsinə qalxıblar. Nihad Məmişov (-60 kq) və Əbil Yusubov (-73 kq) isə bürünc medal qazanıblar.

İkinci yarış günündə cüdo üzrə milli komandamız hesabına daha 1 qızıl və 2 gümüş medal yazdırıb.

+100 kq çəki dərəcəsinə tatamiyə çıxan Ramazan Əhmədov bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıb.

Süleyman Şükürov (-81 kq) və Tuncay Şamil (-90 kq) gümüş medala sahib çıxıblar.

Ümumilikdə 7 medal qazanmış gənclərdən ibarət Azərbaycan yığması Avropa kubokunu oğlanların mübarizəsində 23 ölkə arasında birinci, ümumi sıralamada ikinci pillədə tamamlayıb.

Xatırladaq ki, bu turnirə 23 ölkədən 412 cüdoçu qatılıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: