Cüdo: Gənclərdən ibarət millimizin 15 üzvü üçün Haaqa sınağı

Azərbaycanın cüdo üzrə gənc oğlan və qızlardan ibarət milli komandaları qarşıdakı Avropa çempionatına hazırlığı başa vurublar.

Arena.az xəbər verir ki, artıq yığma komandalarımızın Niderlandın Haaqa şəhərində keçiriləcək qitə birinciliyi üçün heyətləri də müəyyənləşib.

Belə ki, 7-10 sentyabr aralığında keçiriləcək yarışda Azərbaycan 11 çəki dərəsində 9 oğlan və 6 qız cüdoçu ilə təmsil olunacaq.

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidentinin müşaviri Natiq Bağırov və baş katib Rəşad Rəsullu bu gün milli komandaların təlim-məşq toplanışlarını ziyarət ediblər. Federasiya rəsmiləri onların hazırlığı ilə maraqlanıblar, cüdoçularımıza qarşıdakı yarışda müvəffəqiyyətlər arzu ediblər.

Xatırladaq ki, gənc oğlanlardan və qızlardan ibarət millilərimiz Avropa çempionatına hazırlıq məqsədilə ilin əvvəlindən etibarən 7 beynəlxalq yarışda iştirak ediblər. İl ərzində Xorvatiya, İspaniya, Litva, Fransa, Yaponiya, Avstriya, Almaniya, Polşa və Sloveniyada təlim-məşq toplanışları təşkil olunub. Həmçinin cüdoçularımız dəfələrlə yerli təlim-məşq toplanışlarına qatılıblar.

Avropa çempionatında cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynov rəhbərlik edəcəklər.

İdmançılar 7-9 sentyabr aralığında çempionatın fərdi yarışlarında, 10 sentyabrda isə komanda yarışlarında iştirak edəcəklər.

Xatırladaq ki, yarışda ACF-in A kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Yığma komandalarımızın çempionata qatılacaq heyətini təqdim edirik:

Qızlar

-48 kq
Könül Əliyeva
Vüsalə Hacıyeva

-52 kq
Aydan Vəliyeva

-57 kq
Fidan Əlizadə

-78 kq
Nərmin Əmirli

+78 kq
Nigar Süleymanova

Oğlanlar

-60 kq
Nizami İmranov

-66 kq
Nicat Nağıyev
Aydın Rzayev

-73 kq
Süleyman Əliyev
Vüsal Qələndərzadə

-81 kq
Ömər Rəcəbli

-90 kq
Vüqar Talıbov
İsmayıl Zamanov

+100 kq
Kənan Nəsibov

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: