Cüdo: Məhərrəm İmamverdiyev Varşavadan “qızıl”la qayıdır

Fevralın 24-25-də Polşanın paytaxtı Varşava şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Açıq Avropa turniri keçirilib.

Arena.az xəbər verir ki, turnirdə 39 ölkədən 483 idmançı iştirak edib.

Azərbaycan da bu yarışda kişilər arasında 7 çəki dərəsində 10 cüdoçu ilə təmsil olunub. Cüdoçularımıza böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov rəhbərlik edib.

Cüdoçularımız turniri 2 (1 qızıl və 1 bürünc) medalla başa vurublar. Məhərrəm İmamverdiyev (-81 kq) bu yarışda qızıl medal qazanıb. Kənan Nəsibov ( +100 kq) isə bürünc medalla kifayətlənib.

Digər cüdoçularımız – Kənan Hüseynov (60 kq), Zahir Ağazadə (66 kq), Nəriman Mirzəyev (73 kq), Məmmədrza Hacızadə (81 kq), Musa Hüseynli, İbrahim Ağakişiyev (hər ikisi 90 kq), Hüseyn Dadaşov (100 kq), Camal Feyziyev (+100 kq) bu yarışı medalsız başa vurublar.

Komandamz medal əyarına görə ümumi hesabda 8-ci, kişilər arasında isə 5-ci yeri tutub.

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Akif Tahirov ədalət təmsilçiləri arasında yer alıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: