Cüdo üzrə Azərbaycan millisi Çexiyanın paytaxtı Praqa şəhərində təşkil olunacaq Açıq Avropa turnirində iştirak edəcək.
Arena.az bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, Azərbaycan yarışda kişilər arasında 6 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunacaq.
Turnirdə böyüklərdən ibarət yığmanın böyük məşqçisi Rüstəm Alimlinin rəhbərliyi altında bu cüdoçular mübarizə aparacaqlar:
60 kq. Babarəhim Mirzəyev, Hüseyn Allahyarov, Rövşən Əliyev;
66 kq. Elşən Əsədov, Mehdi Cəfərov, Rəşad Yelkiyev, Nazir Talıbov;
73 kq. Rüfət Şövlətov, Nəriman Mirzəyev;
90 kq. Musa Hüseynli, İbrahim Ağakişiyev;
100 kq. Nihad Şıxəlizadə;
+100 kq. Camal Qamzatxanov və İmran Yusifov.
Sentyabrın 28-29-da keçiriləcək Açıq Avropa turnirində 34 ölkədən 371 idmançı yarışacaq. Turnirdə Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.