Cüdo: Millimizin 16 üzvü üçün Riqa sınağı

Yeniyetmələrdən ibarət cüdo üzrə Azərbaycan millisi Latviyanın paytaxtı Riqada keçiriləcək Avropa Kubokunda iştirak edəcək.

Arena.az xəbər verir ki, oktyabrın 21-22-də baş tutacaq yarışda Azərbaycanı 7 çəki dərəcəsində 16 idmançı təmsil edəcək.

Cüdoçulara yeniyetmələrdən ibarət millimizin baş məşqçisi Rüstəm Alimli, məşqçilər Nicat Şıxəlizadə və Emin İsgəndərov rəhbərlik edəcəklər.

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Akif Tahirov və “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim Bəhriyyə Hüseynova ədalət təmsilçiləri arasında yer alacaqlar.

Turnirdə 22 ölkədən bütövlükdə 314 idmançı iştirak edəcək. Azərbaycan yığmasını isə bu idmançılar təmsil edəcəklər:

-50 kq
Bahadır Feyzullayev
Rüstəm Qasımzadə

-55 kq
Telman Abdullayev
Nihad Məmişov

-60 kq
Mirxaliq İskəndərov
Əhməd Rüstəmov

-66 kq
Ümüd Qurbanov
Səid Şərifov
Səlim Sultanov

-73 kq
Cəsur İbadlı
Əhməd Mehdiyev

-81 kq
Mehdi Abbasov
Hüseyn Eyvazlı
Əli Qazıməmmədov

+90 kq
Sübhan Axundov
Rəsul Səmədli

Xəbəri sosial şəbəkələrdə paylaş: