Cüdo: Millimizin daha 2 üzvü DÇ-də mübarizəni dayandırdı

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabi şəhərində təşkil olunmuş cüdo üzrə dünya çempionatı davam edir.

Arena.az xəbər verir ki, mundialın dördüncü günündə 3 çəki dərəcəsində mükafatçılar bəlli olacaq.

Kişilər 90 kq, qadınlar 70 kq və 78 kq çəkidə mübarizə aparırlar. Bu gün Azərbaycan millisinin iki cüdoçusu tatamiyə çıxıb. Təəssüf ki, onlar yarışla erkən vidalaşıblar.

90 kq çəki dərəcəsində mübarizə aparan Elcan Hacıyev startda Eduard Trippellə (Almaniya) qarşılaşıb. Rəqibini məğlub edən cüdoçumuz 1/16 finalda Rafael Makedo (Braziliya) ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb.

Eyni çəki dərəcəsində yarışan Vüqar Talıbov isə startda Con Ceynlə (ABŞ) güləşib. Qələbə qazanan cüdoçumuz 1/16 finalda italiyalı Kristian Parlati ilə gücünü yoxlayıb. Talıbov da bu mərhələdə məğlubiyyətə üzülüb.

Xatırladaq ki, cüdo millimiz Əbu-Dabidəki yarışın ilk üç günündə cəmi bir qızıl medal qazanıb. Hidayət Heydərov 73 kq çəkidə dünya çempionu olub. Komandamız Əbu-Dabiyə bütövlükdə 11 cüdoçu ilə yollanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: