Cüdo: Millimizin üzvləri DÇ-yə uğursuz başladılar

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunmuş cüdo üzrə dünya çempionatına start verilib.

Arena.az xəbər verir ki, Azərbaycan cüdoçuları da mundialda mübarizəyə start veriblər.

Yarışın ilk günündə Azərbaycanın üç idmançısı tatami üzərinə çıxıb. Kişilər arasında Balabəy Ağayev və Turan Bayramov (hər ikisi 60 kq), qadınların yarışında isə Leyla Əliyeva (48 kq) qüvvəsini sınayıb. Cüdoçularımızın hamısı uğursuz çıxış edərək yarışı mükafatsız başa vurublar.

Xatırladaq ki, cüdo üzrə dünya çempionatı mayın 19-dan 24-nə qədər davam edəcək. Azərbaycan millisi mundiala 8 çəki dərəsində 9 kişi və 2 qadın cüdoçu ilə qatılıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: