Cüdo millimizin üzvlərindən Türküstanda 5 medal

Cüdo üzrə Azərbaycan millisinin üzvləri Qazaxıstanın Türküstan vilayətində keçirilən Türk Dövlətləri Universiadasında iştirak edirlər.

Arena.az xəbər verir ki, Azərbaycan cüdoçuları yarışın ilk günündə 5 medal qazanıblar.

Millimizin üzvləri 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə ediblər. Qızlar arasında -48 kq çəki dərəcəsində mübarizə aparan Ramilə Əliyeva qızıl medal qazanıb. -57 kq çəkidə mübarizə aparan Nuray Quliyeva və Nərgiz Hacıyeva isə bürünc medala sahib olublar.

Oğlanlar arasında Elcan Yusifli (-66 kq) gümüş medal qazanıb. -81 kq çəkidə yarışan Elcan Şəfiyev isə bürünc medal əldə edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: