Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Avstraliyanın Pert şəhərində keçiriləcək Açıq Okeaniya turnirində mübarizə aparacaqlar.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 10-11 noyabrda baş tutacaq turnirdə 64 ölkədən 299 idmançı iştirak edəcək. Azərbaycan yarışda qadınlar və kişilər arasında 5 çəki dərəsində 8 cüdoçu ilə təmsil olunacaq.
Cüdoçularımıza böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi Elnur İsmayılov rəhbərlik edəcəklər.
Qadınlar
-52 kq
Gültac Məmmədəliyeva
Aydan Vəliyeva
-57 kq
Fidan Əlizadə
Kişilər
-66 kq
Kamran Süleymanov
-73 kq
Rəşid Məmmədəliyev
Nurlan Osmanov
-90 kq
Murad Fətiyev
Elcan Hacıyev


