Bu gün Fransanın Monpelye şəhərində böyüklər arasında cüdo üzrə Avropa çempionatının püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verri ki, püşkatma mərasimində Azərbaycan cüdoçularının da ilk rəqibləri məlum olub.
Xatırladaq ki, Azərbaycanın cüdo üzrə milli komandası yarışda 9 çəki dərəsində 9 kişi və 2 qadın cüdoçu ilə təmsil olunacaq.
Təmsilçilərimizin ilk rəqiblərinin siyahısı belədir:
Qadınlar
-48 kq
Leyla Əliyeva – Lois Petit (Belçika)
-52 kq
Gültac Məmmədəliyeva – Coana Dioqo (Portuqaliya)/Sofiya Asvesta (Kipr Respublikası) görüşünün qalibi ilə
Kişilər
-60 kq
Balabəy Ağayev – Andreya Karlino (İtaliya)/Rodriqo Kosta Lopes (Portuqaliya) görüşünün qalibi ilə
Turan Bayramov – Qamzat Zayrbekov (Fərdi Neytral İdmançılar)/Mihrac Akkus (Türkiyə) görüşünün qalibi ilə
-66 kq
Yaşar Nəcəfov – Matteo Piras (İtaliya)
-73 kq
Hidayət Heydərov – Abdul Malik Umayev (Belçika)
Rəşid Məmmədəliyev – Turpal Coukayev (Finlandiya)
-81 kq
Zelim Tçkayev – Oskari Makinen (Finlandiya)
-90 kq
Murad Fətiyev – Laşa Bekauri (Gürcüstan)
-100 kq
Zelim Kotsoyev – Hari Lovel-Hevit (Böyük Britaniya)
+100 kq
Uşanqi Kokauri – Mirkeya Croytoru (Rumıniya)/Marius Fizel (Slovakiya) görüşünün qalibi ilə


