Cüdo: Tokiodakı “Böyük Dəbilqə”nin püşkü atıldı

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən növbəti “Böyük Dəbilqə” turniri Yaponiyanın paytaxtı Tokioda keçiriləcək.

Arena.az xəbər verir ki, sabah start götürəcək yarış iki gün (2-3 dekabr) davam edəcək.

Turnirdə 88 ölkədən 536 cüdoçu medallar uğrunda mübarizə aparacaq. Azərbaycan milli komandası yarışda 8 çəki dərəsində 13 kişi və 1 qadın idmançı ilə təmsil olunacaq.

Cüdoçularımıza Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçi Elçin İsmayılov və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edəcəklər.

Qadınlar: Acelya Toprak (-57 kq).

Kişilər: Balabəy Ağayev, Nizami İmranov (-60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov (-66 kq), Hidayət Heydərov, Rəşid Məmmədəliyev (-73 kq), Səid Mollayi, Zelim Tçkayev (-81 kq), Murad Fətiyev, Vüqar Talıbov (-90 kq), Zelim Kotsoyev (-100 kq), Ramazan Əhmədov, Uşanqi Kokauri (+100 kq).

Artıq Azərbaycan cüdoçularının ilk rəqibləri də bəlli olub. Bu gün yarışın püşkatma mərasimi baş tutub və cüdoçular ilk rəqiblərini tanıyıblar.

Qadınlar

-57 kq
Acelya Toprak – Kseniya Qalitskaya (Fərdi Neytral İdmançılar)

Kişilər

-60 kq
Balabəy Ağayev – Ariel Şulman (İsrail)
Nizami İmranov – Younes Saddiki (Mərakeş)

-66 kq
Yaşar Nəcəfov – Ari Berliner (Amerika Birləşmiş Ştatları) / Hekim Aqamemmedov (Türkmənistan)
Kamran Süleymanov – Nurali Emomali (Tacikistan)

-73 kq
Hidayət Heydərov – Maxmadbek Maxmadbekov (Fərdi Neytral İdmançılar) \ Kestutis Vitkauskas (Litva)
Rəşid Məmmədəliyev – Eliot Preve (Fransa)

-81 kq
Səid Mollayi – David Karapetyan (Fərdi Neytral İdmançılar) \ Briqt Maddaloni Nosa (İtaliya)
Zelim Tçkayev – Antoniyo Esposito (İtaliya)

-90 kq
Murad Fətiyev – Rafael Masedo (Braziliya)
Vüqar Talıbov – Sanşiro Murao (Yaponiya)

-100 kq
Zelim Kotsoyev – Nathaniel Keve (Amerika Birləşmiş Ştatları)

+100 kq
Ramazan Əhmədov – Yevheniy Balveskyi (Ukrayna)
Uşanqi Kokauri – Qalimcan Krikbay (Qazaxıstan)

Xəbəri sosial şəbəkələrdə paylaş: